Müəllif:
Haqqında:
Məcmuə Abşeronun quru subtropik şəraitində yerli, ayrı-ayrı ölkələrin florasından olan
bəzək, dərman, efiryağlı ağac, kol, ot və çiçək bitkilərinin öyrənilməsinə həsr olunmuşdur.
Kitabda bir sıra bitkilərin bioloji xüsusiyyətləri, o cümlədən biomorfologiyası, biolojı
müxtəlifliyi, boy və inkişafının dinamikası, çoxaldılma üsulları, ilkin becərilmə aqrotexnikası,
respublikanın şəhər və digər yaşayış məntəqələrinin yaşıllaşdırılmasında istifadəsi haqqında
tövsiyələr verilmişdir.
Topludan bitkilərin introduksiyası ilə məşğul olan elmi işçilər, aqronomlar, biologiya və
kənd təsərrüfatı mütəxəssisləri, doktorantlar, tələbələr, həvəskər bağbanlar istifadə edə bilərlər.