Xəbərlər

Mərkəzi Nəbatat Bağının gənc alimi beynəlxalq konfransda məruzə ilə çıxış edib


Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının “Nadir və nəsli kəsilməkdə olan bitilər” laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Aynur Ərəbzadə “Pontokaspi və Qafqaz Bölgəsi: ekosistemlərin birləşməsi və izolyasiyası şəraitində dəyişikliklər, canlıların filogenezi, geologiya, ekologiya və coğrafiyası” mövzusunda multidissiplinar beynəlxalq onlayn konfrans iştirak edib.

Qərbi Kaspi Universitetinin təşkil etdiyi onlayn konfransda gənc alim “Abşerona introduksiya olunmuş yabanı alma (Malus Mill.) növlərinin dekorativlik xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. A.Ərəbzadə məruzədə Mərkəzi Nəbatat Bağının ərazisində mövcud olan və Şimali Amerika, Orta və Şərqi Asiya ərazisindən yeni introduksiya olunmuş yabanı alma növlərinin həyati qabiliyyətlərinin göstəriciləri əsasında perspektivliyinin qiymətləndirilməsi və dekorativlik xüsusiyyətləri haqqında məlumat verib. Məruzəçi qeyd etmişdir ki, dekorativ görünüşə malik və stress amillərinə davamlı növlər seçilib Abşeron şəraitində ekoloji vəziyyətin yaxşılaşdırılmasında və dekorativ bağçılıqda istifadə oluna bilər.  

04.12.2020