Xəbərlər

Mərkəzi Nəbatat Bağının əməkdaşları Mədəniyyət TV-ə müsahibə verib


AMEA Mərkəzi Nəbatat Bağının gənc alimləri, biologiya üzrə fəlsəfə doktorları Aynur Ərəbzadə və Sevinc Quliyeva Mədəniyyət Tv-də yayımlanan Dəryada Damla verlişinə müsahibə veriblər.
Aynur Ərəbzadə müsahibəsində Abşeron yarımadasına introduksiya olunmuş alma növlərinin böyümə və inkişaf xüsusiyyətləri, kök sistemi, fenologiyası, vegetativ və generativ orqanlarının anatomik quruluşu, məhsuldarlığı, meyvələrin biokimyəvi tərkibi, tozcuqların morfoloji xüsusiyyətləri və həyatililik qabiliyyəti haqqında danışıb.
Verlişdə gənc alim Sevinc Quliyevanın da elmi nailliyyətləri haqqında süjet yayımlanıb. O soğanaqlı bitkilərin biomüxtəlifliyi çiçəkli bitkilərin metodikasını, toxum məhsuldarlığını vğ dekorativliyini tətqiq edib. Həmçinin Sevinc Q. introduksiya edilmiş bəzi növlərin bioekoloji xüsusiyyətləri, becərilmə aqrotexnikasınə öyrənərək yaşıllaşdırma üçün praktik tövsiyə vermişdir.

İzlə

29.06.2020