Xəbərlər

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub


Mərkəzi Nəbatat Bağının direktoru, b.e.d. Vahid Fərzəliyevin və Bağın əməkdaşı b.ü.f.d. Fərid Seyfullayevin xarici həmkarları ilə birlikdə “Cənub-Qərbi Asiyada floristik nəşrləin icmalı” adlı növbəti məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib.

 

Mərkəzi Nəbatat Bağından bildirilib ki, “Global Ecology and Conservation” jurnalında dərc edilən məqalə beynəlxalq müştərək tədqiqatların nəticəsi olaraq hazırlanıb. Jurnal “Elsevier” nəşriyyatında çap olunur və “Clarivate Analytics” bazasında impakt faktoru 2.526-dır.

06.10.2020