Xəbərlər

AMEA Mərkəzi Nəbatat Bağının gənc alimi Respublik Elmi konfrasında iştirak edib


 

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının “Nadir və nəsli kəsilməkdə olan bitkilər” laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Aynur Ərəbzadə “Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri və ətraf mühitin mühafizəsi” mövzusunda respublika elmi konfransında iştirak edib.

 

Gənc alim Qərbi Kaspi Universitetinin təşkil etdiyi onlayn konfransda “Abşerona introduksiya olunmuş yabanı alma (Malus Mill.) növlərində unlu şeh xəstəliyi” adlı tezis təqdim etmişdir. A.Ərəbzadə Mərkəzi Nəbatat Bağının kolleksiya sahəsinə Şimali Amerika, Orta və Şərqi Asiya ərazisindən introduksiya olunmuş yabanı alma növlərində unlu şeh xəstəliyini öyrənmişdir. Öyrənilən növlər içərisində yalnız M.niedzwetzkyana növündə unlu şeh xəstəliyinə rast gəlinmişdir. Digər növlərdə isə bu xəstəlik müşahidə olunmamışdır. Bu baxımdan öyrənilən yabanı alma növlərini calaqaltı kimi xəstəliklərə davamlı sortların alınmasında istifadəsi məqsədəuyğun hesab olunmuşdur.   

13.02.2021