Çətirin örtüyü çətirdən azca qısadır. Seyrək çoxçiçəkli çətiri yarımşarşəkilli və ya şarşəkilli olub diametri 1,5-4 sm-dir . Çiçək saplağı azca bərabər deyil, 2-5 dəfə çiçəkdən uzundur.
A. pseudoampeloprasum Miscz. ex Grossh
Yalançı üzümlük soğanı. Yumurtaşəkilli soğanağının yoğunluğu təxminən 2 sm-dir. Soğanağın və soğancığının qabığı sarımtıldır. 50-60 sm hündürlüyündə olan gövdəsinin 1/3 hissəsi yarpaq qını ilə örtülmüşdür.
A. cardiostemon Fisch. et C.A. Mey
Ürəkvari erkəkcikli soğan. Yarpaqları uzunsov-girdə, yumuru-küt, xaricdən qayıqşəkillidir.Çiçək qrupu çoxçiçəkli, seyrək çətiri yarımşarşəkilli və yaxud şarşəkillidir. Nazik çiçək saplaqları bərabər deyil və 1,5-5 dəfə çiçəklərindən uzundur
Yumru soğan
Yumurtaşəkilli Çətirdən azca uzun olan çətir örtüyü erkən düşür. Çətiri adətən şarşəkilli, sıx olur
A. scabriscapum Boiss. et Kotschy
Kələkötüryarpaq soğan seyrək çoxçiçəkli çətiri yarımşarşəkilli və ya şarşəkillidir.Diametri təxminən 3 sm-dir. Çiçək saplağı çox və ya az bərabərdir, 2-3 dəfə çiçəkdən və çiçək altlığından uzundur
A. vineale L. - Üzümlük soğanı.
Çətiri soğancıqlı, az hallarda onsuz olub, az və ya çoxçiçəklidir. Çiçək saplağı uzun olub 20 mm uzunluqdadır. Çiçək yanlığı 4-5 mm uzunluqda, açıq və ya tündqırmızı, bəzən ağımtıl və ya yaşılımtıl rəngdə olur.
A. fuscoviolaceum Fomin - Tündbənövşəyi soğan
Çətiri şarşəkilli, çoxçiçəkli, diametri 2-3 sm-dir Çiçək saplağı bərabər və ya daxildəkilər bayırdakılardan 1,5 dəfə uzundur və 2-3 dəfə çiçək yanlığından uzundur.